!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə bütöv bir kənd yanır - VİDEO

!Reklam – Yazi

Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın ətrafa yayılıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin köməkçisi İsmail Çataklı açıqlama verib:

“170 evli Dərəiçi kəndində başlayan yanğın digər evlərə də sıçrayıb. Yanğın hazırda 50 evi əhatə edir.”

Yanğının kəndin böyük hissəsini təhdid edən ölçüdə olduğu bildirilib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Eyni zamanda yanğınsöndürən helikopter tələb olunub.

www.yenicag.az

1301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv