Türkiyəni son 4 gündə cənginə alan bütün meşə yanğınları nəzarət altına alınıb.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı “TRT Haber” televiziyasında bildirib.
Onun sözlərinə görə, indiyədək baş verən 247 meşə yanğınından 241-i nəzarət altına alınıb.
Bundan əvvəl Yumaklı İzmir vilayətində 3 böyük yanğının nəzarət altına alındığını bildirmişdi. Bölgədə ümumilikdə 4 mindən çox insan təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir. Daxili işlər naziri Əli Yerliqaya şənbə günü yanğınlara görə 7 nəfərin həbs edildiyini açıqlayıb./Report/