Türkiyədə cinayət təşkilatının 64 üzvü saxlanıldı

İstanbulda H.Ç və Manisada M.S-in rəhbərlik etdiyi iki ayrı mütəşəkkil fırıldaqçı cinayət təşkilatına qarşı keçirilən “Hüceyrə-8” əməliyyatları keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”da yazıb.

Onun sözlərinə görə, keçirilən əməliyyatda 64 şübhəli saxlanılıb. Saxlanılan şübhəlilərdən 19-u həbs edilib.