Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alındı

Türkiyədə yeni növ koronavirusdan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd edib ki, daha 203 pasiyent koronavirusdan vəfat edib. Son sutka ərzində 196 902 nəfər koronavirus testindən keçib, 6420 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 137 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Türkiyədə indiyədək 545 711 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 103 nəfəri ölüb.