Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə COVID-19-dan rekord ölüm qeydə alındı - FOTO

“Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ən yüksək göstərici qeydə alınıb”.

Yenicag.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son sutka ərzində koronavirusdan 254 nəfər vəfat edib.

Simptomları müəyyən edilməyənlərlə birlikdə 19 103 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 18 351, ağır xəstə sayı isə 5192 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 043 704 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 1 835 705 nəfər sağalıb, 18  351 nəfər isə ölüb.

www.yenicag.az

210