Türkiyədə COVID-19-la bağlı SON GÖSTƏRİCİLƏR – Bir gündə 193 nəfər öldü

Türkiyədə son sutka ərzində daha 193 nəfər koronavirusdan dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilib.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 14 min 129 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə indiyədək 513 min 656 nəfər koronavirusa yoluxub.