Türkiyədəki dəhşətli zəlzələdən sonra binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin – Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevin cansız bədəni dağıntılar altından çıxarılıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı REAL TV yayıb.
Qeyd edək ki, onlar Malatyanın İnönü Universitetinin tələbələri olub.
***
Türkiyədə dağıntılar altında qalan 4 tələbədən birinin nəşi tapılıb.
Yenicag.az İTV-yə istinadən xəbər verir ki, Şahin Verdiyevin təbii fəlakət nəticəsində yaxınları tərəfindən təsdiqlənib.
Belə ki, Şahinin dayısı dağıntılar altından çıxarılan nəşin bacısı oğluna aid olduğunu bildirib.
Bundan başqa, dağıntılar altından Gündüz Nəzərzadənin əşyaları da tapılıb.
Qeyd edək ki, Şahindən əlavə, 9 gündür dağıntılar altında Samir Quliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin də axtarışları aparılır.