Türkiyədə daha 1 203 nəfər koronavirusa yoluxub

Türkiyədə son sutka ərzində daha 22 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 080 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 203 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 255 723-ə yüksəlib.

COP29