Türkiyədə daha 11 terrorist zərərsizləşdirildi

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında davam edən hərbi əməliyyat çərçivəsində 11 PKK terrorçusu məhv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Qeyd edək ki, əməliyyatlar Avaşin və Baysan rayonlarında həyata keçirilib. Bu bölgələrdə PKK-nin bir neçə dayaq məntəqəsi də məhv edilib.