Türkiyədə daha 206 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 206 nəfər ölüb.

Yenicag.az xəbər  verir ki,  bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 348 856 nəfər test edilib, onların 28 645-nin koronavirus testi pozitiv nəticə verib, 24 217 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 112 225 352 peyvənd tətbiq edilib ki, bunun 87,75 faizi birinci mərhələ vaksinasiya olunanlardır.