Türkiyədə daha 248 nəfər vəfat etdi

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 341 min 4 test aparılıb, 28 min 224 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 248 nəfər koronavirusdan vəfat edib, 28 min 536 nəfər müalicə olunaraq sağalıb.