Reklam: High Technic
hightechnic

Türkiyədə daha 2756 dövlət qulluqçusu işdən azad edilib

Türkiyə hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində hərbi çevriliş cəhdi ilə əlaqəsi olan daha 2756 nəfər dövlət qulluqçusu işdən azad edən qərar qəbul edib.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, Türkiyə Hərbi Qüvvələrindən 637 nəfər, o cümləən quru qoşunlarından 155 nəfər, Hərbi Dəniz Qüvvələrindən 155 nəfər, Hərbi Hava Qüvvələrindən 327 nəfər azad edilib. İşdən azad edilənlər arasında polis, sahil mühafizəsi xidməti, Ədliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, dövlət universitetlərinin, Dini Məsələlər üzrə İdarənin əməkdaşları da var.

Bundan əlavə, 17 ictimai təşkilat, o cümlədən 7 fond bağlanıb.

Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verdikdən sonra İstanbul polisində F.Gülən tərəfdarlarının olduğu üzə çıxmışdı.

www.yenicag.az

1230