16:18
Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.
Yenicag.az-ın məlumatına görə, 6,6 bal gücündə olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.
İlkin məlumata əsasən, dağıntılar olsa da, ölən və yaralananlar haqda məlumat verilmir.
***
Türkiyənin İzmir şəhərinin Urla və Seferihisar rayonlarında 3 dəqiqəlik ara ilə daha iki zəlzələ baş verib. Hər ikisi 4 bal gücündə olub.
Urladakı yeraltı təkan 25 km, Səfərihisardakı isə 7 km dərinlikdə qeydə alınıb.
Bildirilib ki, həmçinin Ege dənizində, Yunanıstanın Samos adasının yaxınlığında 2,5 km dərinlikdə 4 bal gücündə zəlzələ qeydə alınıb.
Xatırladaq ki, İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində azı bir bina çöküb.