Türkiyədə daha 4 542 nəfər koronavirusa yoluxdu

Türkiyədə son sutka ərzində koronavirusdan daha 123 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı son statistikanı açıqlayarkən bildirib.

Son 24 saatda 157 756 şübhəli koronavirus testindən keçib, onlardan 4542-nin cavabı pozitiv çıxıb, 2918 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 364 573 nəfərdir. Ağır xəstə sayı isə 3850 nəfər olub.

Türkiyədə indiyədək 430 170 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 11 943 nəfəri ölüb.