Türkiyədə daha 56 nəfər koronavirusun qurbanı oldu

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 56 nəfər vəfat edib.

Yenicag.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, iyunun 25-də yoxlanış məqsədilə götürülən 222 936 testdən 5630-u müsbət çıxıb.

Sutka ərzində 7184 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 261 892 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 737 nəfərdir.