Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 63 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 288 min 968 nəfərin test edildiyi, 16 min 190 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 21 min 256 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.