Türkiyədə daha 69 nəfər koronavirusun qurbanı oldu – STATİSTİKA

Türkiyədə son sutka ərzində koronavirusla bağlı statistika açıqlanıb.

Yenicag.az xəbər verir ki, son 24 saat ərzində 69 nəfər COVID-19 səbəbilə vəfat edib.

Məlumata əsasən, iyulun 31-də yoxlanış məqsədilə 256 min 460 test götürülüb, 22 min 83 nəfərin cavabı müsbət çıxıb.

Ötən gün ərzində 5 min 752 nəfər sağalaraq karantin müddətini başa vurub.