Türkiyədə daha 86 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 86 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Son 24 saatda  145 989 şübhəli koronavirus testindən keçib, onlardan 2693-nün cavabı pozitiv çıxıb, 2112 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  3095 nəfər olub.

Türkiyədə indiyədək 402 053  nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 145 nəfər ölüb.

COP29