Türkiyədə son sutka ərzində 88 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.
Son 24 saatda 148 482 şübhəli koronavirus testindən keçib, onlardan 2841-nin cavabı pozitiv çıxıb, 2181 xəstə isə sağalaraq evə buraxılıb.
Bununla da ölkədə indiyədək infeksiyaya yoluxanların sayı 404 894 nəfərə çatıb, 11 233 nəfər isə ölüb.