Türkiyədə yeni növ koronavirusdan bu gün daha 99 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 2 805 nəfərə çatıb. Son 24 saatda 30 177 şübhəli koronavirus testindən keçib, onlardan 2 357 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 110 130 nəfərdir”, – deyə nazir bildirib.