Türkiyədə daha bir mədən faciəsi – 3 nəfər dağıntılar altında qaldı

Türkiyədə daha bir mədən faciəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Elazığın Alacakaya rayonunda baş verib.

İlkin məlumata görə, 3 nəfər uçqun altında qalıb. Hadisə yerinə səhiyyə və təhlükəsizlik qüvvələri cəlb olunub.

Qeyd edək ki, fevralın 13-də Ərzincan şəhərindəki qızıl mədənində torpaq sürüşməsi nəticəsində 9 işçi torpaq altında qalıb. Onların ölüsü və ya dirisi hələ tapılmayıb. Bu gün uçqun altında qalanların yenidən axtarışlarına başlanılıb./unikal