Türkiyədə daha bir PKK-lı millət vəkili saxlanılıb

Türkiyədə PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyasından daha bir millət vəkili saxlanılıb.

Trend-in məlumatına görə, Batman vilayətindən seçilmiş deputat Ayşə Başaran PKK terror təşkilatına dəstək göstərməkdə ittiham olunur.

Qeyd edək ki, bundan əvvəl HDP-nin 12 millət vəkili, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunmuşdu.

Yenicag.az