Türkiyənin Tunceli vilayətində daha bir polis şəhid olub.
PKK-çılar qızı ilə birlikdə gəzməyə çıxmış xüsusi təyinatlı polis Kadir Özkaranın avtomobilini atəşə tutublar. Yaralı halda xəstəxanaya çatdırılan polis bütün cəhdlərə baxmayaraq, dünyasını dəyişib.
Hadisədən sonra Türkiyə hüquq-mühafizə orqanları xüsusi əməliyyata başlayıblar.
Xatırladaq ki, bu gün səhər İğdırda terrorçuların törətdiyi partlayış nəticəsində 14 polis həlak olub.