Türkiyədə daha bir terror: 2 əsgər şəhid oldu

Türkiyədə PKK terrorçularının yola basdırdıqları partlayıcının partlanması nəticəsində 2 əsgər şəhid olub, 1 mülki vətəndaş isə yaralanıb.

Yenicag.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Bitlis rayonunda baş verdi.

Məlumata əsasən, partlayış yerli vaxtla gecə saat 01.00-da Hizran-Tatvan yolunda baş verdi.

Hadisə nəticəsində yaralanan mülki vətəndaş Bitlis Tavan Dövlət Xəstəxanasına yerləşdirilib.

Partlayışdan sonra bölgədə geniş miqyaslı anti-terror əməliyyatı başladı.

Yenicag.az

COP29