Türkiyənin Van şəhərində terroristlərin quraşdırdıqları bombanın partlaması nəticəsində 2 polis şəhid olub, 1 polis isə yaralanıb.
Vanda, PKK-lı terroristlər tərəfindən yola quraşdırılan bombanı zərərsizləşdirməyə çalışan polisin əlində partlayıb. Partlayış nəticəsində 2 polis şəhid olub, 1 polis yaralanıb.
Hadisədən sonra əraziyə xeyli sayda polis cəlb edilib. Partlayış baş verən küçələrə giriş-çıxış bağlanıb.
www.yenicag.az