Türkiyədə PKK terrorçuları Hərbi Səfərbərlik İdarəsinə (Əsgərlik şöbəsi) hücum ediblər.
AzVision.az-ın məlumatına görə, hadisə Mardin vilayətinin Kızıltepe rayonunda baş verib.
Belə ki, terrorçular partlayıcı maddə ilə yüklənmiş avtomobili idarənin qarşısında partladıblar.
Partlayış nəticəsində yaxınlıqda olan tikintidə keşikçi işləyən bir nəfər ölüb, 2 nəfər hərbçi, 3 nəfəri azyaşlı olmaqla 11 nəfər yaralanıb. Partlayışdan sonra yaxınlıqda olan evlərə və avtomobillərə də ciddi ziyan dəyib.