Türkiyədə daha bir zəlzələ

Türkiyədə növbəti dəfə zəlzələ olub.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 02:32-də Elazığ şəhərinin Sivrice rayonunda 4,5 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 6,9 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Boğaziçi Universitetinin Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu zəlzələnin 4,8 maqnitudada qeydə alındığını açıqlayıb.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.