Türkiyənin Manisa şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri yerin 7 km dərinliyində olub.
İlkin məlumata görə, insan itkisi olmayıb. Hadisə nəticəsində dəyən maddi ziyanın həcmi araşdırılır.