Türkiyədə daha bir zəlzələ

Türkiyədə növbəti zəlzələ baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin Egey dənizi sahillərində baş verdiyi və 4.1 bal gücündə olduğu bildirilir. Hadisə yerli saatla 13:37-də baş verib. Zəlzələnin episentri 15.91 km dərinlikdə olub. Məlumata görə, dağıntılar və yaralananlar yoxdur.

Yenicag.az