!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyədə daha güclü hökumət formalaşdırılacaq” - Zərdüşt Əlizadə

!Reklam – Yazi

“24 iyun seçkilərinin nəticəsi Ərdoğanın Türkiyə daxilində və xaricdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında qardaş ölkədə ötən bazar günü baş tutan prezident və parlament seçkilərinin nəticələrini dəyərləndirərkən politoloq Zərdüşt Əlizadə deyib:
“Türkiyədə seçkilərdən sonra yaradılacaq yeni hökumət güclü olacaq. AKP koalisiyada müttəfiqləri MHP ilə təmsil oluna bilər. Əvvəlki illərdə MHP Ərdoğanın bütün islahatlarına dəstək verib. Bu dəstəyin növbəti illərdə də davam edəcəyi gözlənilir. Amma əsas söz sahibi xalqdan səs alan prezident olacaq ki, Ərdoğan da bu istiqamətdə güclü füqurdur. O ölkəsini daha inamlı şəkildə idarə etməkdə davam edəcək”.

Politoloq bildirib ki, Ərdoğan uğurlu siyasət aparıb və bunun da nəticəsində növbəti dəfə seçkilərdən qalib çıxıb: “Onun dövründə Türkiyə iqtisadiyyatı inkişaf edib və etməkdə davam edir. Proses onu göstərdi ki, Ərdoğanın hörməti artmaqda davam edir, onu sayır və hesablaşırlar. O həmçinin ölkəsinin ərazi bütövlüyünü də qoruyub. Kürd problemini də demək olar ki, həll edib. Dövlətin ərazi bütövlüyünə kürdlər artıq təhlükə törədə bilməzlər. Ərdoğan beynəlxalq aləmdə sözü keçən şəxsdir və son seçkilərdən sonra bu istiqamətdə də onun rolu artacaq. Əsas odur ki, Ərdoğan kimi liderin olduğu ölkədə iqtisadiyyat güclü inkişaf edir. Bütün göstəricilərə görə, Türkiyə əvvəlki dövrlərdən kəskin fərqlənir, böhrandan çıxan, inkişaf edən bir dövlətdir. Habelə, ölkənin ordusu da güclüdür. Daxildə AKP hakimiyyətinə heç bir təhlükə yoxdur. Odur ki, qardaş ölkədə baş tutan bu seçkilərdə Ərdoğan və onun rəhbəri olduğu partiyanın qələbəsi gözlənilən idi. Qarşıdakı illərdə Türkiyənin inkişaf etdirilməsi və qorunması istiqamətində böyük layihələr var ki, onlar da tədricən həyata keçəcək”.

Qeyd edək ki, iyunun 24-də keçirilən seçkilər növbəti dəfə Ərdoğan və AKP iqtidarının zəfərilə yekunlaşıb. Ərdoğan 52 faizdən artıq səs toplamaqla yeni sistem əsasında seçilən ilk prezident oldu. AKP isə müttəfiqi MHP ilə birlikdə parlamentdə 53 faizdən artıq səsə malik olub.

ELÇİN

www.yenicag.az

2918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv