Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha iki general saxlanılıb.
Saxlanılan şəxslər Türkiyə Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general-leytenant Hasan Hüseyin Demirarslan və Silahlı Qüvvələrinin Diyarbəkir şəhərindəki 7-ci korpusunun komandanı, general-leytenant İbrahim Yılmazdır.
Bundan başqa Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra Yunanıstana qaçan 8 hərbçiyə iki ay həbs cəzası verilib.
Qeyd edək ki, İ.Yılmaz müvəqqəti olaraq hərbi çevriliş cəhdinə görə saxlanılan Türkiyə Silahlı Qüvvələrinin Malatya şəhərindəki 2-ci ordusunun komandanı, ordu generalı Adem Hudutinin yerinə təyin edilmişdi.(azvision)