Türkiyənin Bursa vilayətində daşqın olub.
Yenicag.az xəbər verir ki, daşqın Bursa vilayətinin Kestel rayonunun Dudaklı, Narlıdere, Gölcuk, Sarıkaya, Kayacık və Aksu məhəllərində baş verib.
Hadisə nəticəsində iki nəfər ölüb, 4 nəfər isə itkin düşüb.
257 nəfərdən ibarət axtarış-xilasetmə qrupu itkin düşən axtarışlarına cəlb edilib.
Hadisə yerinə daxili işlər naziri Süleyman Soylu gəlib.