Türkiyədə dəhşətli hadisə: uşağının atası ortağı çıxdı, öldürdü

İstanbul Kağıthane bölgəsində istənilməz hadisə yaşanıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Okan Alçıtepe adlı iş adamı ortağı Cəmil Şanlını tapanca ilə güllələyib.

Hadisəyə səbəb Okan Alçıtepenin 4 yaşındakı oğlunun ortağı Cəmil Şanlıdan olduğunu öyrənməsi olub.

Okan Alıçepe məhkəmədə həyat yoldaşından şübhələnmədiyini, lakin daha əvvəl məhəllədə bənzər hadisə baş verdiyi üçün DNT testi etdirdiyini bildirib.

Məhkəmədə özünü müdafiə edən Alçıtepe, ortağı Cəmil Şanlı ilə 2013-ci ildə ortaq mətbəə açdıqlarını bildirərək, “Oğlum bildiyim A.A da 2014-cü ildə dünyaya gəldi. Oğlum böyüdükcə mənə bənzəmirdi. O zamana qədər yoldaşımdan heç şüphələməmişdim. DNT testi etdim və nəticədə uşağın atası ortağım çıxdı” – deyə qeyd edib.

“Nəticələri əldə etdikdən sonra həyat yoldaşımdan bu barədə soruşdum. O əvvəl nəticələrin səhv ola biləcəyini dedi. Daha sonra ağlamağa başladı. Həyat yoldaşım, 2013-ci ildə mətbəəyə gəldiyini və Cəmilin də orada oldğunu söylədi. Cəmil yoldaşıma rəngli bir içki verib, Yoldaşım da içkini içdikdən sonra huşunu itirib. Gözünü açanda isə fərqli yerdə olduğunu dedi. Bütün bunlardan sonra ortağımın yanına getdim, mən belə şərəfsizlik etmərəm deyincə yenidən test etdik və nəticə yenə eyni oldu” – deyə Alçıtepe əlavə edib.

“Sonra təzminat davası açdık. Bu cinayətindən dolayı Cəmil Şanlı 50 min TL təzminat cəzası aldı. Söz-söhbətlər artırdı deyə məhəllədən başqa yerə köçdük. Amma sonra eşitdim ki, tanışların arasında Cəmil “bir günlük zövq 50 min TL-yə başa gəldi” deyib. Sonra isə mağazada rastlaşdıq və Cəmil mənə “sən burda nə gəzirsən? Sən də kişisən?” deyə təhqir etməyə başladı. Özümü saxlaya bilmədim və üstümdə gəzdirdiyim silahı çıxarıb onu vurdum” şəklində Alçıtepe sözünü yekunlaşdırıb.

COP29