Türkiyədə dəhşətli qəza – Miqrantları daşıyan yük maşını aşdı – 5 ölü, 37 yaralı

Türkiyənin Van şəhərində qeyri-leqal miqrantları daşıyan yük maşını aşıb.

Yenicag.az-ın verdiyi məlumata görə, qəza nəticəsində 5 miqrant həlak olub, 37-si isə xəsarət alıb.

Hadisə yerinə 11 təcili yardım maşını cəlb edilib. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.