Türkiyədə dəhşətli qəza: Ölənlər var

Türkiyənin Adana şəhərində yük maşını ilə işçiləri daşıyan xidməti avtomobil toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Ceylan rayonunda qeydə alınıb.

Qəza nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

COP29