!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə dəhşətli qəza

!Reklam – Yazi

Türkiyənin Ağrı vilayətində ağır yol qəzası baş verib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verən qəzada 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yerli polis orqanlarının məlumatına əsasən, qəza Tutak və Hamur rayonlarını birləşdirən Hamurdərəsi avtomobil yolunda, Palandökən kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağrı şəhəri istiqamətində hərəkət edən yük maşınının üzərindəki eskavator avtomobil yoluna düşüb. Nəticədə arxadan yüksək sürətlə hərəkət edən mikroavtobus ekskovatora çırpılıb.

Verilən məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, qəza səbəbiylə, avtomobil yolu iki istiqamətli olaraq bağlanılıb.

Yenicag.az

www.yenicag.az

846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv