!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə dəhşətli terror planı – Hədəf Rusiya və İsrail vətəndaşlarıdır

!Reklam – Yazi

terrror rusİŞİD terror qruplaşması Türkiyədə İsrail və Rusiya vətəndaşlarna qarşı terror aktları planlaşdırır.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “Habertürk” qəzeti ölkənin kəşfiyyatına istinadən xəbər yayıb.

Kəşfiyyatdan alınan məlumata görə, İŞİD-ə işləyən Türkiyə vətəndaşları ölkədə yəhudilərə qarşı terror aktları hazırlayır. Terror təşkilatının bu planı Türkiyənin Qaziantep bölgəsində 10 İŞİD üzvünün saxlanılmasından sonra məlum olub.

İlkin məlumatlara görə, İŞİD Türkiyə ərazisində İsrail və Rusiya vətəndaşlarına qarşı terror aktları həyata keçirməklə dövlətlərarası münasibətləri daha da gərginləşdirmək niyyətində olub.

Tutulan İŞİD yaraqlılarının etirafından sonra Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, martın 22-də Qaziantep vilayətində əməliyyat nəticəsində “İslam dövləti” terror təşkilatının 10 üzvü saxlanılıb.

 

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv