İstanbulda dəniz reysləri təxirə salınır.
Yenicag.az-ın məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.
Məlumata əsasən, buna qatı duman və güclü külək səbəb olub.
Həmçinin, Bursada da dəniz reysləri dayandırılıb.
Qeyd edək ki, sonuncu dəfə yanvarın 23-da Dardanel boğazı gəmilərin hərəkəti üçün bağlanmışdı.