Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının Ankarada keçirilən növbədənkənar qurultayına gedən deputatlar yol qəzasına düşüblər.
Yenicag.Az “Report”-a istinadən xəbər verir ki, İzmirdən gələn avtobus Ankara əyalətinin Poladlı rayonu ərazisində işıq dirəyinə çırpılıb.
Nəticədə 26 nəfər xəsarət alıb. Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Yenicag.Az