Türkiyədə deputatlığa namizəd həbs edilib.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Yaşıl Sol Partiyanın Kocaelidən deputatlığa namizəd göstərdiyi Aytən Dönməz İstanbulda saxlanılıb.
Buna səbəb isə Dönməzin terrorçularla əlaqəsinin aşkar edilməsi olub. Belə ki, onun qeyri-qanuni yollarla ölkəni tərk edib PKK/KCK terror təşkilatında ideolojik və silahlı təlim aldığı müəyyənləşdirilib.
Bundan başqa, onun qardaşlarının da silahlı terror təşkilatına üzv olduğu ortaya çıxıb.
Məhkəməyə çıxarılan Dönməz haqqında həbs qətimkan tədbiri seçilib.