Türkiyədə 450 mindən çox suriyalı uşaq doğulub.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə hazırda Türkiyədə 3,6 milyon suriyalı məskunlaşıb.
“Hamımız müsəlmanıq. Müsəlmanlıq bir aləm. Bu insanlara kömək əli uzatmaq lazım idi. Türkiyə olmasaydı həmin uşaqlar ya doğulmaz, ya dabombaların altında həyat sürəcəkdi. İqtisadi çətinliklərinə baxmayaraq Türkiyə yenə dünyaya örnək oldu” – deyə, Soylu əlavə edib.