Türkiyədə dollar bahalaşıb.
Yenicag.az xəbər verir ki, bahalaşma nəticəsində 1 dolların faktiki dəyəri 4,06 türk lirəsinə, 1 avronun qiyməti isə 4,97 lirəyə yüksəlib.
Bu isə tarixi rekord hesab olunur.
Qeyd edək ki, türk lirəsinin dəyərinin itirməsinin səbəbi kimi geopolitik risklər və inflyasiya göstərilir.