!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə “dollardan imtina” kampaniyası genişlənir

!Reklam – Yazi

15301113_834781146665190_1407852639_nTürkiyənin tanınmış şirkətləri maliyyə fəaliyyətlərində dollardan imtina edərək, lirəyə keçirlər.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, daha bir neçə nüfuzlu şirkət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dollardan imtina” çağırışına qoşulub.

Məlumata görə, Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) təbii qazın satış tenderlərini ABŞ dolları əvəzinə, lirə ilə həyata keçirməyi qərara alıb. Qurumdan verilən açıqlamaya görə, bu addım prezident Rəcəb Tayyib Ərdoğanın hesablaşmaları dollarla deyil, lirə ilə aparmaq çağırışına dəstək məqsədi ilə atılıb. EPD-nın məlum qərarına əsasən, Tunceli, Ağrı və Doğubayazıt təbi qaz satış tenderlərində şərtlər lirə əsasında müəyyən edilib.

Bundan başqa, Türkiyənin Müdafiə Sənayesi Müstəşarlığı da 262 milyon dollar və 31 milyon avronu lirəyə çevirdiyini bəyan edib. Bu qərarın da dövlət başçısının çağırışına uyğun olaraq, qəbul edildiyi bildirilib: “Hörmətli prezidentimizin “Türk lirəsinə dönüş” çağırışı əsasında nəzdimizdə olan Müdafiə Sənayesinə Dəstək Fonduna aid 262,7 milyon dollar və 31,3 milyon avro Türk lirəsinə dəyişdirilib”.

Türk Hava Yolları (THY) da dollarla həyata keçirilən Ümrə ziyarətinin qiymətlərinin lirə ilə aparılmasını qərarlaşdırıb. THY mətbuat xidmətindən bu barədə verilmiş açıqlamada belə deyilir: “THY indiyə qədər ABŞ dolları ilə müəyyən edilən Ümrə ziyarəti qiymətlərinin lirə ilə ifadəsinə başlayıb. Bundan sonra Ümrə ziyarəti ilə bağlı bütün qiymətləri lirə ilə hesablanacaq”.

Bu qurumlarla yanaşı, 4.5G tenderini qazanmış operatorlar da 2017-ci ilin aprelində 657 milyon avro dəyərində son ödənişlərini lirə ilə gerçəkləşdirəcəklərini bəyan ediblər.

Yeniçağ.Az

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv