!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə dördpartiyalı keçid hökuməti yaradıla bilər

!Reklam – Yazi

30153Türkiyədə baş nazir Əhməd Davudoğlu müxalif siyasi partiyalarla koalisiya danışıqlarında uğur əldə edə bilmədikdən sonra hökumət təşkili mandatını prezident Rəcəb Tayyib Ərdoğana qaytarıb.

Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bildirib ki, partiya yaranmış vəziyyətdəki strategiyasını sentyabrın 12-də keçiriləcək konqresində müəyyənləşdirəcək. Müşahidəçilərin fikrincə, erkən seçkilərə gedilməsi məsələsi də bu yığıncaqda bəlli olacaq.

“Çox zəif hökumət”

Ərdoğan nəzəri baxımdan hökumət təşkili üçün mandatı ən böyük müxalifət partiyası olan Respublika Xalq Partiyası – CHP-yə verə bilər. Əslində CHP prezidentə belə bir müraciət səsləndirib.

Lakin təhlilçilər bildirirlər ki, CHP-nin hökumət koalisiyasını qanunla nəzərdə tutlan müddətdə – 23 avqustadək yaratması ağlabatan görünmür, belə ki, iki digər müxalif partiyanın – millətçi MHP-nin və kürdpərəst HDP-nin onunla koalisiyaya gələcəyi ehtimal edilmir.

Konstitusiyaya görə avqustun 23-dək hökumət təşkil olunmazsa, bütün partiyaların hakimiyyəti paylaşacağı keçid hökuməti yaradılmalıdır.

Sözü gedən 4 partiyanın bir-birindən ideoloji baxımdan son dərəcə fərqləndikləri nəzərə alınarsa, bu, çox zəif bir hökumət ola bilər.

Kürdyönlülər və millətçilər

Lakin hətta belə bir “seçki hökumətinin” yaradılmasının özü də mürəkkəb məsələdir. MHP bu prosesdə iştirak etmək niyyətində olmadığını bildirib. HDP, əksinə prosesə qatılmağa hazırdır.

Məhz buna görə də hakim AKP ümid edir ki, millətçi MHP kürdyönlü HDP-nin kabinet kürsülərinə sahib olmaması üçün əlindən gələni edəcək və prosesə qoşulmağa məcbur olacaq.

Lakin MHP lideri Dövlət Baxçalı bildirib ki, HDP-nin kabinetdə yer alması elektoratı qəzəbləndirəcək və onun partiyasının nüfuzu artacaq.

Türkiyə konstitusiyası hazırkı hökumətin seçkiyədək işləməkdə davam etməsini nəzərdə tutmayıb.

Nəzəri baxımdan parlament belə variantı səsə qoya bilərdi. Lakin Baxçalı, bu məsələ məclisə çıxarılarsa, onun əleyhinə səs verəcəyini bəri başdan bəyan edib

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv