Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə dron festivalı keçiriləcək

Sabah Türkiyədə beynəlxalq dron festivalı start götürəcək.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Prezident Administrasiyası Kommunikasiya İdarəsinin təşəbbüsülə keçirilən tədbir ölkənin tanıdılması məqsədi daşıyır.

Festivala yerli dron operatorları ilə yanaşı, ABŞ, İspaniya, Britanya, Fransa və İsveçrədən bu sahədə dünyaca məşhur olan 12 mütəxəssis də qatılacaq.

23-28 avqust aralığında baş tutacaq tədbir çərçivəsində dronlar Türkiyənin tarixi və mədəni məkanlarının ən gözəl şəkildə çəkilişi üçün havaya qalxacaq. Çəklişlər İstanbul, İzmir, Mardin, Hatay da daxil olmaqla 12 şəhərdə aparılacaq.

“Tarix”, “İnanc”, “Su” və “Sağlamlıq” kateqoriyalarında çəkilən videolar 20-25 sentyabrda festivalın saytında yayımlanacaq. Açıq səsvermə nəticəsində müəyyən olunan qaliblər isə sentyabrın 30-da mükafatlandırılacaq.

www.yenicag.az

257
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100