Türkiyədə əməliyyat – 242 kiloqram kokain ələ keçirildi – VİDEO

Bir aydır izlənilən ticarət gəmisində əməliyyat təşkil olundu və 242 kq kokain ələ keçirildi.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu “Twitter” səhifəsində yazıb.

O bildirib ki, narkotik dövriyyəsində qarşı uğurlu əməliyyat Tekirdağ Limanında baş tutub:

“Daha bir uğurlu narkotik əməliyyatı keçirildi. Polis və Sahil Mühafizəsi bir aydır izlədikləri ticarət gəmisinə qarşı bu gün Tekirdağ Limanında əməliyyat keçirdi. 242 kiloqram kokain müsadirə edilib”.