Türkiyənin İstanbul şəhərində mərc oyunlarının təşkilatçıları və iştirakçılarına qarşı əməliyyat keçirilib.
Yenicag.az-ın məlumatına görə, əməliyyat nəticəsində 394 nəfər saxlanılıb.
Qeyd olunur ki, əməliyyat eyni vaxtda 40 fərqli ünvanda keçirilib.
Saxlananlar arasında əcnəbilərin də olduğu deyilir.