Türkiyədə əməliyyat: İstanbulda əsas prospekt bağlandı

Aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da olduğu 106 nəfər saxlanıldıqdan sonra Vətən prospektində yerləşən İstanbul Baş Polis İdarəsi və ətrafında fövqəladə vəziyyət elan edilib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, prospektə çıxan bir çox küçələrə polis baryerləri qoyulub.

Eyni zamanda, başda Vətən prospekti olmaqla bir çox yol və bəzi metrostansiyalara nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, bu gün səhər İstanbul Böyükşəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb./axar.az