!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə əməliyyat keçirildi: 999 həbs

!Reklam – Yazi

Türkiyə Silahlı Qüvvələri son həftə ərzində 13 terrorçunun məhv edilməsi, daha 11 nəfərin silahı yerə qoyaraq təslim olması ilə nəticələnmiş 230 anti-terror əməliyyatı keçirib.

Yeniçağ.az-ın məlumatına görə, martın 13-dən 20-ə kimi ölkədə terrorçu təşkilatlara işləməkdə şübhəli bilinən 999 nəfər saxlanılıb.

Saxlanılanların 70-i İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinir. İyirmi səkkiz nəfər Fətullah Gülənin terrorçu təşkilatı ilə əlaqələrə görə saxlanılıb. Saxlanılanlardan daha 28-i sol terror təşkilatları ilə əlaqədə, digərləri isə PKK terrorçularına kömək etməkdə şübhəli bilinir.

Eyni zamanda Batman, Bingöl, Ağrı, Diyarbəkir, Şirnak, Tunceli vilayətlərində terrorçuların gizləndiyi 20-dən artıq sığınacaq və mağara məhv edilib.

Yeniçağ.az

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv