Türkiyənin Adana vilayətində terror əleyhinə keçirilən əməliyyat çərçivəsində İŞİD-in 6 üzvü saxlanılıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, saxlanılanlardan bir nəfərin qadın olduğu qeyd edilib.
Qeyd edilib ki, bu dəstənin 29 oktyabr – Türkiyə Respublika Gününə terror planladığı bildirilib.
Saxlanılanların kimliyi və vətəndaşlığı açıqlanmır.